İraqda daşqınlar 21 nəfərin ölümünə səbəb olub

26-11-2018, 06:55           
İraqda daşqınlar 21 nəfərin ölümünə səbəb olub
İraqda son günlər müşahidə olunan güclü yağışlar ölkə ərazisində daşqınlara səbəb olub.

Trend-in məlumatına görə, daşqınlar nəticəsində ölkənin müxtəlif əyalətlərində ümumilikdə azı 21 nəfər həlak olub, 180 nəfər isə xəsarət alıb.

İraq parlamentinin spikeri Məhəmməd əl-Xalbusi BMT və humanitar təşkilatlara yardım göstərmələri üçün müraciət edib.

İraqın baş naziri Adel Abdel Mehdi hərbçilərin iştirakı ilə Salah-əd-Dində böhran qrupunun yaradılması barədə göstəriş verib. İnsanların xilas edilməsi üçün helikopterlər və ağır texnikalardan istifadə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru