Sumqayıtda yol çökdü –Bir avtomobil çuxura düşüb - FOTO

26-11-2018, 07:03           
Sumqayıtda yol çökdü –Bir avtomobil çuxura düşüb - FOTO
Sumqayıtda yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hətta avtomobillərdən biri yaranmış çuxura düşüb.

Hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində, Polis İdarəsi ilə Təcili Tibbi Yardım Xəstəxanasına gedən yolun kəsişməsində baş verib. Belə ki, küçədə yolun lyuk olan hissəsi çöküb. Nəticədə qarşı tərəfdən gələn 90 OK 411 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil həmin çuxura düşüb.

Avtomobil sahibi bildirib ki, yol çəkilişi zamanı yanlışlığa yol verilib. Lyuk üzərində asfalt çəkilən yolun alt qatına çürük taxta parçası qoyulub. Məhz bu səbəbdən ağırlığa tab gətirməyən yol çöküb.

Görüntüdən də göründüyü kimi, həmin ərazidən kanalizasiya xətti keçir. Çöküntü olan həmin ərazinin qarşısına zibil qutusu qoyulub ki, qarşı tərəfdən gələn hər hansı bir avtomobil ora düşməsin.

Hazırda problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.qafqazinfo/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru