Rusiyada qanadı zədələnmiş göyərçin yardım üçün baytarların yanına uçub - FOTO

26-11-2018, 07:06           
Rusiyada qanadı zədələnmiş göyərçin yardım üçün baytarların yanına uçub - FOTO
Rusiyada qanadı zədələnmiş göyərçin yardım üçün veterinarların yanına uçub.

"Report" bu ölkənin mətbuatına istinadən bildirir ki, maraqlı hadisə Omskda baş verib.

Məlumata görə, yaralı quş əvvəlcə kömək üçün pəncərəni tıqqıldadıb. O, sınıq çiyin sümüyünün əməliyyat olunması üçün mütəxəssislərə verilib.

Bildirilir ki, həkimlərin müdaxiləsindən sonra quş bərpa dövrünü keçəcək. Ağ göyərçinə Frenk adını veriblər. Qərara alınıb ki, heyvan tam sağalana qədər ona qayğı göstərilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru