Yeni Zelandiya sahillərində 145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub

26-11-2018, 07:09           
Yeni Zelandiya sahillərində 145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub
Ötən bazar günü Yeni Zelandiyada azı 145 delfin Styuart adasının sahilinə atılıb.

"Report" xəbər verir ki, bu barədə adanın Ətraf Mühitin Qorunması Nazirliyinin istehsal meneceri Ren Leppensə istinadən "Radio New Zealand" bildirib.

Radiostansiyanın məlumatına görə, şənbə günü axşam iki delfin sürüsü adanın qərb hissəsində, Meyson körfəzinin cənub hissəsində sahilə atılıb. Delfinlər aşkarlananda onların yarısı artıq həlak olub.

"Təəssüf ki, suya endirdiyimiz sağ delfinlərin sayı son dərəcə az idi. Bununla belə, həmişə belə qərarı qəbul etmək ağırdır", - deyə Leppens bildirib.

Yeni Zelandiya balinaların və delfinlərin tez-tez sahilə atıldığı yerdir. Alimlər bu heyvanların belə kütləvi intiharlarına nəyin səbəb olması barədə suala indiyə qədər dəqiq cavab verə bilmirlər.

Bir qayda olaraq, əgər bir delfin sahilə atılırsa, onda başqaları sürüdən ona kömək etməyə çalışırlar və nəticədə onunla eyni aqibəti yaşayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru