Ukraynada prezident seçkilərinin tarixi təyin edilib

27-11-2018, 06:58           
Ukraynada prezident seçkilərinin tarixi təyin edilib
Ukrayna Ali Radası (parlament) ölkədə növbəti prezident seçkilərini 31 mart 2019-cu il tarixinə təyin edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, parlament müvafiq qərarı bazar ertəsi qəbul edib.

Qərarın lehinə 298 deputat səs verib.

"Biz qərarı qəbul etdik", — deyə səsvermədən sonra Rada spikeri Andrey Parubi bildirib.

Qərara əsasən, sənəd qəbul olunduğu gündən qüvvəyə minir.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko ölkə ərazisində hərbi vəziyyət tətbiq etmək barədə qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru