Məktəbli qız evində ölü tapıldı - AZƏRBAYCANDA

27-11-2018, 12:27           
Məktəbli qız evində ölü tapıldı - AZƏRBAYCANDA
Cəlilabadda məktəbli qız müəmmalı şəkildə ölüb.

Open.az-ın məlumatına görə, hadisə Cəlilalabad şəhəri, Səttarxan küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Əsmər Asif qızı İmanovanın meyiti yaşadığı evdə aşkar edilib.

Gənc qızın ölümünün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə. İmanova 11-ci sinif şagirdi olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.