Bakıda hərəkət edən avtomobilin sürücüsü qəzaya düşən zaman avtomobilindəki kamera görüntüləri qeydə alıb. Sürücü həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
Avtosfer.az xəbər verir ki, sürücü noyabrın 27-də paytaxtın Süleyman Sani Axundov küçəsində öz zolağıyla qaydalar çərçivəsində hərəkətdə olarkən, sağ zolaqda hərəkət edən "Nissan Tiida" markalı avtomobilin xanım sürücüsü onun zolağına yerdəyişmə edərkən həmin sürücüyə yol verməyib. Nəticədə qəza baş verib.
Görüntülərdən aydın şəkildə görünür ki, qəza bir az da sərt şəkildə baş versəydi xanım sürücü idarəetməni itirərək daha bədbəxt hadisə ilə üzləşə bilərdi.