Pilot təyyarədə öldü, məcburi eniş edildi

24-11-2019, 21:08           
Pilot təyyarədə öldü, məcburi eniş edildi
Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarənin ikinci pilotu uçuş zamanı vəfat edib.

"Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Moskvadan Anapaya uçan təyyarədə baş verib.

Uçuş zamanı İkinci pilotun vəziyyətinin pisləşməsi təyyarənin Rostovda təcili eniş etməsinə səbəb olub. Eniş edən təyyarədə təcili yardım işçiləri dərhal pilota yardım etməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru