Salyanda idarəetmədən çıxan maşın şor su kanalına aşdı ƏR-ARVAD BOĞULDU
10-06-2020, 14:52
Bu gün səhər saatlarında Salyan rayonunun Sarvan kəndinin çöllük ərazisində qəza baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qəza zamanı əslən Cəbrayıl rayonundan olan ər və arvad həyatlarını itiriblər.
Belə ki, Bakı şəhərində yaşayan cütlük, Neftçala rayonunda yerləşən və onlara məxsus fermer təsərrüfatlarının “Moskviç” markalı minik maşını ilə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb və şor su kanalına aşıb. Hadisə nəticəsində minik maşını arxası üstə suya düşdüyündən maşında olan ər və arvad boğularaq ölüblər.
Hazırda hər iki şəxsin cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Salyan rayonlararası zona mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. Onların şəxsiyyətləri dəqiqləşdirilir.