Zya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

7-02-2016, 20:30           
Zya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı
Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.


Nazirlər Kabinetindən Reportyor.tv-yə verilən məlumata görə, baş nazir Artur Rasi-zadə tərəfindən verilən qərara əsasən "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilib.


Dəyişikliyə əsasən, "Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru