Baş idarəyə yeni rəis təyin edildi - ƏMR

8-02-2016, 12:19           
Baş idarəyə yeni rəis təyin edildi - ƏMR
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Report xəbər verir ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə vergi xidməti müşaviri Elçin Bəylər oğlu Bəylərov Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinə yeni rəis təyin edilib.

Vergilər nazirinin digər əmrinə əsasən, Daxili təhlükəsizlik Baş İdarəsi və informasiya texnologiyaları və proqram təminatı şöbəsinə birbaşa olaraq nazir nəzarət edəcək.

Nazir müavini Sahir Məmmədxanov Hüquq Baş İdarəsi, Maliyyə-təsərrüfat İdarəsi, İnsan resursları İdarəsi və mühasibat uçotu şöbəsinə nəzarət edəcək.

Nazirin digər müavini Sahib ƏIəkbərovun nəzarətinə isə Nazirliyin Aparatı, Vergi ödəyicilərinə xidmət Baş İdarəsi və analitik-informasiya şöbəsi verlib.

F.Məmmədovun digər əmri ilə büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri təyin edilən Habil Məmmədov həm də Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin fəaliyyətini kuratorluq edəcək.

Nazirin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədova isə Vergilər Nazirliyi Tədris Mərkəzinin fəaliyyətinin tənzimlənməsi tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.