Bakıda kasıblar üçün pulsuz geyim mağazası açıldı (VİDEO)

23-02-2016, 19:39           

Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası açılıb.


Reportyor.tv-nin məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa mağazaya buyurub ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa Allaha xatir buyurub geyimləri mağazaya təhvil verə bilər.


Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.


Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlaya bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru