Saratovka qaymağı zay çıxdı - Foto

24-02-2016, 10:26           

“Favorit” market Bakıda daha bir firmanın istifadəyə yararsız məhsulu aşkarlanıb.

Axar.az-ın məlumatına görə, İlkin Həsənov adlı Feysbuk istifadəçisi “Favorit” marketdən Saratovka süd məhsullarının istehsal etdiyi qaymaqdan aldığını yazıb.

Onun sözlərinə görə, məhsulun istifadə tarixi köhnə olmasa da, qaymağın üzərində ləkələr çıxıb. O, qaymağı körpəsinə aldığını qeyd edib: “Yaxşı ki, əvvəl özüm dadına baxdım. İnanın, çox keyfiyyətsizdir, zəhər kimidir. Mağaza rəhbərliyi keyfiyyətə nəzarəti artırsa yaxşı olar”.

Qeyd edək ki, Bakıda “Bazarstor” supermarketindən istifadəyə yararsız qaymaq aşkarlandığını xəbər vermişdik. Məhsulun üzərində fevralın 24-nə qədər istifadə müddəti olduğu qeyd olunub. Müştəri evə gələndən sonra isə qaymağın istifadəyə yararsız olduğunu görüb və məhsuldan xoşagəlməz qoxu gəldiyini hiss edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru