Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi

10-08-2021, 11:18           
Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi
Bu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal Rayon Məhkəməsinə şikayət olunub.

Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.

Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru