Milyarder deputat adam öldürdüyünü etiraf etdi

10-08-2021, 14:44           
Milyarder deputat adam öldürdüyünü etiraf etdi
Rusiyanın Kamçatka vilayətinin deputatı İqor Redkin adam öldürdüyünü boynuna alıb.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, deputat ayını kənddən qovarkən açdığı atəş zamanı təsadüfən güllənin insana dəydiyini deyib.

Siyasətçinin vəkili Olqa Struçenko tərəfindən təqdim olunan etiraf müraciətində qeyd edilib ki, Ozernovski qəsəbəsində ayı gəzdiyini və yerli əhalinin təhlükə ilə qarşılaşa biləcəyini eşidən Redkin silahı əlinə alaraq ayını qovmaq istəyib. O, ayıya atəş açanda hava qaranlıq olub. Deputat sonradan eşidib ki, təxminən həmin saatda o ərazidə yerli sakinlərdən biri güllə yarası alıb. Həmin şəxs xəstəxanada ölüb.

Redkin məhkəmə qarşısına çıxmağa və cəzasını çəkməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru