Vaksin əvəzinə 9000 adama duzlu su vurulub

11-08-2021, 16:12           
Vaksin əvəzinə 9000 adama duzlu su vurulub
Almaniyada bir tibb bacısı peyvənd əvəzinə saysız-hesabsız xəstəyə duzlu su vurub.

Yenisabah.az xəbər verir ki, hadisə ölkənin şimalındakı peyvəndləmə mərkəzində baş verib.

Bir tibb bacısının, peyvənd əvəzinə təxminən 9 min adama duzlu su qarışığı vurduğu anlaşılıb.

Dəhşətli hadisədən məsul olduğu düşünülən tibb bacısının sosial şəbəkədə peyvənd əleyhinə paylaşımlar etməsi şübhələrin ona yönəlməsinə səbəb olub.

Tibb işçisinin kimliyi hələ də açıqlanmayıb.

Duzlu su ilə peyvənd edilən insanların sağlamlığında heç bir risk yaranmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru