Yəməndə ildırım toy iştirakçılarını vurub

12-08-2021, 07:45           
Yəməndə ildırım toy iştirakçılarını vurub
Yəməndə ildırım toy mərasimi iştirakçılarını vurub.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə yerli hakimiyyət orqanlarındakı mənbə bildirib.

Qeyd edilir ki, hadisə Damar əyalətində, əl-Akmar kəndində baş verib. Məlumata görə, ildırım qadınların olduğu evə düşüb. Nəticədə iki qadın ölüb, daha otuz qadın zərər çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.