Polis maşını saxladı, 7 kq narkotik çıxdı

29-03-2016, 17:09           
Polis maşını saxladı, 7 kq narkotik çıxdı
Masallı sakini 7 kiloqram narkotik vasitə ilə tutulub. ANS PRESS-in məlumatına görə, Yardımlı rayon polis şöbəsinin əməkdaşları Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində hərəkətdə olan minik avtomobilini saxlayıb saxlanc yerinə baxış keçirərkən, oradan ümumi çəkisi 7 kiloqram olan müxtəlif növ narkotik maddə aşkarlayıb götürüblər.

Araşdırmalar nəticəsində həmin narkotik vasitənin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhər sakini, 49 yaşlı, əvvəllər üst-üstə 20 ilədək məhkumluq həyatı yaşamış Fikrət Cabbarova məxsus olması müəyyənləşdirilib.

Fikrət Cabbarov istintaqa ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru