Azərbaycanda “Yaşıl kart” sistemində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin adları açıqlanıb

30-03-2016, 09:31           

Azərbaycanda “Yaşıl kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestri açıqlanıb.

APA-nın məlumatına görə, İcbari Sığorta Bürosunun təqdim etdiyi reyestrdə 13 sığorta şirkəti yer alıb.

Bura “AXA MBASK” Sığorta Şirkəti ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Meqa Sığorta” ASC, “AtaSığorta” ASC, “Paşa Sığorta” ASC, “Standart İnsurance” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Alfa Sığorta” ASC və “Qala Sığorta” ASC daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.