Bakıda manyak peyda olub - uşaqlara qarşı alçaldıcı hərəkətlər edir

30-03-2016, 21:48           
Bakıda manyak peyda olub - uşaqlara qarşı alçaldıcı hərəkətlər edir
Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl 37 yaşlı qadın 8-ci Polis Bölməsinə müraciət edərək Oqtay adlı şəxsin Mikayıl Useynov küçəsində onun oğluna qarşı alçaldıcı hərəkət etdiyini bildirib. Şikaytətçi bildirib ki, həmin şəxs 13 yaşlı oğlanın 20 manat pulunu alıb. Daha sonra isə yeniyetmənin üzərinə təbii ehtiyacını yerinə yetirdikdən sonra pulu qaytarıb.

Oxşar müraciətlə başqa bir qadın da polisə müraciət edib. 35 yaşlı həmin şikayətçi bildirib ki, Oqtay adlı şəxs M.Useynov küçəsində onun 11 yaşlı oğluna qarşı alçaldıcı hərəkətlər edib. Belə ki, Oqtay adlı şəxs uşağı bıçaqla hədələyərək 80 manatını alıb və daha sonra onun üzərinə təbii ehtiyacını ödəyib.

Artıq uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru