Yüz minlərlə dəyəri olan “Ferrari” qəzada yararsız hala düşdü

16-02-2022, 10:10           
Yüz minlərlə dəyəri olan “Ferrari” qəzada yararsız hala düşdü
Polşada “Ferrari 488 Pista” avtomobilini idarə edən sürücü qəza törədib.

İdarəetməni itirən sürücü təhlükəsizlik baryerlərinə çırpılıb. Avtomobilə ciddi zərər dəysə də, sürücü heç bir xəsarət almadan qəzadan xilas olub.

Polşa polisinin məlumatına görə, qəzaya səbəb sürücünün hərəkət üçün düzgün sürət həddini müəyyənləşdirə bilməməsi olub. Avtomobilin bərpa olunması ehtimalının çox az olduğu bildirilir.

720 at gücünə malik “tvin-turbo” V8 motoru ilə təchiz olunmuş avtomobil üç saniyədən az müddətdə 100 km/s sürətə çata bilir. Avtomobilin satış qiyməti 331 min dollardan (562 min manat) başlayır.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru