20 yaşlı gənc qətlə yetirildi - Prokurorluq məlumat yaydı

16-02-2022, 12:45           
20 yaşlı gənc qətlə yetirildi - Prokurorluq məlumat yaydı
Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qafqaz.media xəbər verir ki, Göygöl rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru