Şirvan sakini özünü bıçaqlayıb 17-02-2022, 10:25 Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.APA xəbər verir ki, Şirvan şəhər sakini, 1996-cı il təvəllüdlü Məmmədov Təbriz Dadaş oğlu özünə bıçaqla xəsarət yetirib.T.Məmmədov qarın boşluğunun daxilinə nüfuz edən yara diaqnozu ilə Şirvan xəstəxanasına aparılıb. Cərrahiyə şöbəsində onun üzərində əməliyyat aparılıb.Faktla bağlı araşdırma aparılır Facebook-da paylaş