Rusiya Ukrayna ilə sərhədə əlavə 7 min hərbçi yerləşdirdi

17-02-2022, 12:10           
Rusiya Ukrayna ilə sərhədə əlavə 7 min hərbçi yerləşdirdi
Rusiya son günlərdə Ukrayna ilə sərhəddə əlavə 7 min hərbçi yerləşdirib.

Bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

Xəbərə görə, yeni hərbi qüvvələrin bir hissəsi ötən gün rəsmi Moskvanın Ukrayna ilə sərhəddəki qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı məlumatlarının fonunda iki ölkənin sərhədinə göndərilib.

Mənbə qeyd edib ki, hərbçilərin sayının artması Rusiyanın geri çəkilmə iddialarının yanlış olduğunu göstərir.

Yeni təxminlərə görə, Rusiyanın Ukrayna ilə sərhədə cəmlədiyi hərbçilərin sayı 150 minə çatıb./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru