Separatçıları dinc sakinləri atəşə tutdu: ev yandı

18-02-2022, 08:12           
Separatçıları dinc sakinləri atəşə tutdu: ev yandı
Ukraynada Donbas separatçıları yenidən Stanitsa Luqansk qəsəbəsini atəşə tutmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Teleqram kanalında yazıb.

O bildirib ki, atışma nəticəsində mərmilərdən biri yaşayış evinə düşüb və nəticədə güclü yanğın başlayıb.

Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, bundan öncə də separatçıların silahlı təxribatı zamanı sözügedən qəsəbədə yerləşən uşaq bağçasına mərmi düşməsi nəticəsində 3 işçi xəsarət almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru