Ələt-Astara magistralında dəhşətli qəza: 1 ölü, 3 yaralı

18-02-2022, 09:04           
Ələt-Astara magistralında dəhşətli qəza: 1 ölü, 3 yaralı
Ələt-Astara magistralında baş verə qəzada ölən və yaralılar var

Teref.az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralın Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. "Sprinter" markalı avtomobil "Kamaz" markalı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru