Afrika ölkəsində durnaları öldürənlər ömürlük həbs olunacaq

19-02-2022, 08:57           
Afrika ölkəsində durnaları öldürənlər ömürlük həbs olunacaq
Uqanda Qırmızı Kitaba düşən nadir növ taclı durnaları öldürən brakonyerlərə qarşı ömürlük həbs cəzası tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə “Monitor” nəşri məlumat yayıb.

Ölkənin simvolu olan taclı durnanın sayı otuz ildə 35 mindən 8 minə qədər azalıb.

“Onun gözəlliyi və zərifliyi Uqandanın milli gerbi kimi seçilməsinin səbəb oldu. Lakin durnanın yaşayış mühitinin dağıdılması və bir sıra amillər onu nəsli kəsilməkdə olan quşa çevirir. Bir durnanı öldürməyin cəzası ömürlük həbs və ya 20 milyard şillinq (175 milyon ABŞ dollar) cərimə ödəməkdir”, - Uqandanın Vəhşi Təbiət Naziri Corc Uoyesiqire bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru