Xətaidə hasarlanan ərazidə nə tikilir?

21-02-2022, 12:46           
Xətaidə hasarlanan ərazidə nə tikilir?
Xətai rayonunda Vunq Tau küçəsi, 9 saylı poliklinika və 6 saylı ASAN Xidmətin arasındakı ərazi hasarlanıb. Ərazidə tikinti işləri gedir.

Bu barədə Axar.az-a açıqlama verən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, sözügedən ərazidə Heydər Əliyev parkının genişləndirilmə işləri aparılır.

“Ötən il yay aylarında 6 saylı ASAN Xidmət tərəfdəki 2 hektara yaxın ərazidə də genişləndirmə işləri aparıldı. İndi isə 9 saylı poliklinikaya qədər ərazidə genişləndirmə işləri aparılır. Orada daş işləri də görüləcək. Ən əsas məqam isə həmin ərazidə möhtəşəm amfiteatrın olacağıdır. Yaxın zamanda ictimaiyyətə bu barədə geniş açıqlama veriləcək”, - P.İmanov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru