Moskva yaxınlığında partlayış - ölənlər və yaralılar var
11-04-2022, 21:07
Rusiyada yaşayış binasında qaz partlayışı baş verib.
Qafqaz.media xəbər verir ki, hadisə Moskva yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 19 nəfər yaralanıb. Dağıntılar altından 3 nəfərin meyiti tapılıb, onlardan 2-si uşaqdır.