İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi” nin növbəti məşğələsi ulu öndərin 93 illiyinə həsr edilib.

6-05-2016, 21:39           

teref.az - Mübarək səfərləri ilə İsmayıllını şərəfləndirmiş ümummilli lider Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə rayon Mədəniyyət Mərkəzində möhtəşəm tədbir keçirilmişdir. İştirakçıların bir qrupu tədbir başlamazdan əvvəl Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevinhəyat və fəaliyyətini, İsmayıllıya səfərlərini əks etdirən və dahi şəxsiyyətə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik, görkəmli oftolmoloq Zərifə Əliyevanın və ümummilli lider Heydər Əliyevin anadan olmalarının 93 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarış qaliblərinə mükafatları təqdim edib.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi çərçivəsində keçirilən xatirə gecəsində əvvəlcə film nümayiş etdirilib, sonra Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun “Ümummilli liderimiz Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzəsi dinlənilib.
Toğrul Qasımov və Qönçə Ağazadə Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Muğam axşamı ilə davam edən xatirə gecəsi iştirakçılara bayram əhval ruhiyyəsi bəxş edib. Həqiqətən də, ümummilli liderimizin milli taleyimizə bəxş olunduğu gün hamımız üçün bayramdır.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru