Dollar kreditini ödəyə bilməyənlərə dəstək – Təklif

7-05-2016, 10:26           

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank Standard” KB-yə dəstəyi vacib addımdır. Eyni dəstəyi dollar ilə kredit götürüb ödəniş edə bilməyənlərə də göstərmək lazımdır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekpsert bildirib ki, bankın depoziti qaytara bilməməsi ilə vətəndaşın krediti ödəyə bilməməsi arasında ciddi fərq yoxdur:

“Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuz da banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil. Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?”

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 3 may 2016-cı il tarixindən etibarən “Bank Standard”a müvəqqəti inzibatçı təyin edilib. Belə ki, qərara əsasən, 6 ay ərzində sözügedən banka depozitlərin qaytarılmasına dəstək xarakterli 15 milyon manat vəsait ayrılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru