Diktatordan dünyanı təəccübləndirəcək açıqlama

8-05-2016, 10:45           
Diktatordan dünyanı təəccübləndirəcək açıqlama
Şimali Koreya lideri bəyan edib ki, Pxenyan ölkəyə qarşı əvvəllər düşmən siyasəti aparan dövlətlərlə münasibətlərini normallaşdıracaq. APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

"KXDR Əmək Partiyası və hökumət ölkənin suverenliyinə hörmət edən və ona səmimi yanaşan dövlətlərlə münasibətlərini yaxşılaşdıracaq və normallaşdıracaq. Pxenyan ölkəyə qarşı əvvəllər hətta düşmən siyasəti aparmış dövlətlərlə də münasibətlərini normallaşdıracaq", - deyə Kim Çen In vurğulayıb.

Bundan əvvəl Kim Çen In Pxenyanın nüvə silahının yayılmamasına dair öhdəliklərinə əməl edəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru