Rusiyada ŞOK hadisə: baykerləri güllələyib öldürdülər

8-05-2016, 12:56           

Bu gün səhər Rusiyada 5 bayker (motosiklet həvəskarı) öldürülüb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva ətrafındakı Yeqorevsk rayonunun Çelnoxov kəndində köhnə pivə zavodunun binası yaxınlığında 27 yaşlı yerli sakinlə baykerlər arasında münaqişə baş verib. Nəticədə həmin şəxs “Sayqa” markalı karabindən baykerlərə atəş açıb və onlar hadisə yerində ölüblər. Baykerlərə atəş açan şəxs hadisə yerindən qaçıb. Hadisənin şahidi olan iki qadının sayəsində hüquq-mühafizə orqanları qatilin şəxsiyyətini müəyyənləşdiriblər. Hazırda onun saxlanılması ilə əlaqədar əməliyyat keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.