Cavid Qurbanovun köməkçisinin Facebook məcaraları

8-05-2016, 12:58           
Cavid Qurbanovun köməkçisinin Facebook məcaraları
Həbib Misirovun sosial şəbəkələrdə xanımlara «sərhəd tanımadığı» intim təkliflər edir Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi, deputat Cavid Qurbanovun köməkçisi Həbib Misirovla bağlı ilginc məlumatlar ortaya çıxıb. Daha doğrusu, deputat köməkçisinin Facebookda qızlara etdiyi təkliflərin fotogörüntüləri peyda olub. JAM.AZ xəbər verir ki, ölkənin ən tanınmış və maddi cəhətdən imkanlı deputatlarından olan Cavid Qurbanovun köməkçisi Həbib Misirov sosial şəbəkələrdə daha çox xanımlara «podxod» edən şəxs olaraq tanınmağa başlayıb. Hətta onun yazışdığı və təkliflər etdiyi qızlardan biri məsələni mətbuata ötürərək, deputat köməkçisinin hansı işlərlə məşğul olduğunun üstünü açıb. O bildirib ki, Həbib Misirov Facebookda boş vaxtları olan kimi, təmsil etdiyi deputatın təbliğatını aparmaq əvəzinə, qızlara müxtəlif təkliflər etməklə məşğul olur. Belə ki, onun xanımlara intim təkliflər etdiyi, onlarla birlikdə «xoş vaxtlar» keçirə biləcəyini, seksdə «sərhəd tanımadığını» deyərək, özünə cəlb etmək istəyir. Bu durumdan narahat olan xanımlar isə bir çox hallarda Həbib Misirovu ya dostluqdan çıxarır, ya da blok edərək, onunla əlaqələrini tamamilə kəsirlər. JAM.AZ xəbər verir ki, Cavid Qurbanovun köməkçisinin müxtəlif intim təkliflər etdiyi xanımlarla yazışmasının fotogörüntüləri var. Həmin görüntüləri tam araşdırıldıqdan sonra yayımlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.