“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Şirvanda seminar keçirdib

8-05-2016, 15:41           

teref.az - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Şirvanda Məişət zorakılığı qurbanları ilə davranış modelinə dair seminar keçmişdir. Seminrada Şirvan şəhər polis idarəsinin əməkdaşları olan sahə müvəkilləri iştirak etmişdir. Tədbirdə 25 yaxın polis əməkdaşı iştirak etmişdir. Seminarda məişət zorakılığın tarixi, ailədə baş verən zorakılıqla bağlı sterotiplər və ənənələr, zərərçəkmişlərlə davranış, xidmət paketləri haqqında məlumat verilmişdir.
Seminar təşkilatın könüllü həyata keçirdiyi tədbirdir. Daxili işlər Nazirliyi ilə birgə əmkdaşlıq çərçivəsində həyata keçirilən tədbir, Məişət zorakılığının qarşısının alınması haqqında Azərabycan Respublikasının Qanunun icrasına dəstək məqsədi daşıyır. Təlimlər Azərbaycanın bütün bölgələrində, sahə müvəkilləri arasında keçirilməsi nəzərdə tutulur.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.