Rus əsilli azərbaycanlılar Qarabağ uğrunda savaşa hazırdırlar:" Biz bu torpağın bir parçasıyıq!"

8-05-2016, 19:46           

Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün döyüşə getməyə hazırıq.

teref.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycandakı rus cəmiyyətinin sədr müavini Yuri Zenin deyib.

Təmas xəttində baş verənlərə münasibət bildirən Zenin cəmiyyətin Dağlıq Qarabağ probleminin həllində bir mövqedə olduğunu deyib:

“Biz həmişə Azərbaycanın yanındayıq, bu bizim prinsipial mövqeyimizdir. Biz bu ölkənin bir hissəsiyik. Ruslar həmişə azərbaycanlı qardaşlarının yanında olub. 90-cı illərin əvvəllərində canlarını Azərbaycan uğrunda verən ruslar var idi, onların bir hissəsi təltif olunmuşdu. Biz və orta yaşlı insanlar torpaqlarımızı işğaldan azad etmək üçün döyüşməyə hazırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.