Çeçenistanda TERROR - Ölənlər var

9-05-2016, 13:52           
Çeçenistanda TERROR - Ölənlər var
Çeçenistanın Qroznı şəhərində güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Hadisə şəhərin Nəzarət Buraxılış Məntəqələrindən birində baş verib. Məlumata görə, hadisəni iki terrorçu həyata keçirib. Onlardan biri bombanı üzərində məntəqəyə keçirərək, hərəkətə gətirib.

Hadisə nəticəsində daxili İşlər Nazirliyinin bir əməkdaşının öldüyü deyilir. Bundan başqa, daha bir neçə nəfər də yaralanıb. Yaralalıları dərhal xəstəxanaya aparılıblar.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırmalar gedir. Hadisənin dəqiq kimlər və nə üçün törətdiyi öyrənilir.

Oxşar hadisə Çeçenistanda ötən ilin martında baş verib. Belə ki, Martanovski rayonunda partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 rusiyalı hərbçi yaralanıb. Hadisə 18:00 radələrində Şalaji yaşayış məntəqəsinin yaxınlığında, meşə zolağında baş verib.

Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman beş hərbçi müəyyən edilməmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.