Mətbuat Şurasının sədri yeni təkliflə çıxış etdi və dəstəkləndi

25-05-2016, 18:36           

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədi Əflatun Amaşov söz, mətbuat azadlığı ilə bağlı qanunlara dəyişikliklərin parlamentin İnsan hüquqları komitəsində müzakirə olunması təklifi ilə çıxış edib.

Gün.Az-ın məlumatına görə, millət vəkili məlum təklifini adıçəkilən komitənin mayın 25-də keçirilən iclasında səsləndirib.

O, bildirib ki, söz, mətbuat azadlığı, informasiya, məlumat əldə etmə ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi yönündə parlamentin İnsan hüquqları komitəsinin ayrıca iclaslarının keçirilməsinə, dinləmələrin təşkilinə ehtiyac var:

"Çünki bu tipli məsələr məhz bu komitədə müzakirə olunmalıdır".

Sözügedən komitənin sədri Bahar Muradova da millət vəkilinin təklifini dəstəkləyib.

Bununla belə, komitə sədri istər adıçəkilən məsələləri, istərsə bütövlükdə insan hüquq və azadlıqları ilə bağlı məsələləri əhatə edən qanunvericilik aktlarına dəyişikliklərin, yeni qanun layihələrinin İnsan hüquqları komitəsində də müzakirə olunduğunu və onlara baxıldığını xatırladıb.

"Əgər bundan sonra da bu yöndə məsələlər bizim komitəyə ünvanlanacqasa, təbii ki, onlara da baxılacaq, müzakirələrdən keçiriləcək.

Bu məsələdə heç bir problem görmürəm" - deyə, o, sözlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.