Bakıda polis polkovnik-leytenantı parkda öldü

28-05-2016, 09:26           

Azərbaycanda yüksək vəzifəli polis parkda dünyasını dəyişib.

teref.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və o, dünyasını dəyişib.

Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də onun öldüyü məlum olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru