DYP-nin cərimə meydançasında 4 avtomobil yanıb - Abşeronda

31-05-2016, 10:04           
DYP-nin cərimə meydançasında 4 avtomobil yanıb - Abşeronda
Abşeron rayonunda 4 avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydancasında dayanmış, sahibləri məlum olmayan "CHRYSLER" markalı minik avtomobilin yanar hissələri, "MERCEDES" minik avtomobilinin sağ hissəsi, "MİTSUBİSHİ" markalı minik avtomobilinin sol hissəsi və salonu yanmış, "FORD" markalı minik avtomobilinin qabaq hissəsi qismən ərimişdir.

Digər avtomobillər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru