Ağ Ev Rusiyanı hədələdi

1-06-2016, 09:21           

ABŞ Rusiya təyyarələrinin Suriyada xəstəxananı bombardman etdiyini təsdiqləyə bilməz.

Axar.az "Röyter"ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ağ Evin sözçüsü Coş Ernest çıxış edib.

“Bəli, biz bunu gördük, amma ABŞ-ın bu iddianı təsdiqləmək üçün kifayət qədər sübutu yoxdur”, – deyə Ernest bildirib.

Diplomatın sözlərinə görə, hazırda ABŞ günahkarları üzə çıxarmaq üçün araşdırmalar aparır: “Müqəssir kimdirsə, tapan kimi cəzalandırılacaq”.

Xatırladaq ki, çərşənbə axşamı BMT Suriyanın İdlib vilayətindəki xəstəxananın bombardman edilməsi nəticəsində 28 nəfərin həlak olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru