Penitensiar Xidmətə yeni rəis təyin olunub - EKSKLÜZİV

6-06-2016, 11:04           

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.
C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub.
M.Quliyev Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru