Növbə Cahangir Hacıyevə çatdı - "Bandotdel"də sorğulanır

21-05-2015, 10:23           
Növbə Cahangir Hacıyevə çatdı - "Bandotdel"də sorğulanır
Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu məlumatı yayan "Azadlıq" qəzeti bildirir ki, C.Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə həftədir ki, Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru