Hacı İbrahim Nehrəmli harda həbs edilib

21-05-2015, 11:08           
Hacı İbrahim Nehrəmli harda həbs edilib
Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib.

Saxlanılanlar sırasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin də adı var. Beynəlxalq Bankdan götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının Gəncə aeroportunda tutulması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, “Avesta” şirkətinin rəhbəri Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib. Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən “Avesta” konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər.

Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir.

Bu xəbərlərlə əlaqədar olaraq Gəncə Hava Limanı ilə əlaqə saxladıq. Hava Limanından AzVision.az-a bildirildi ki, Hacı İbrahim Nehrəmi adlı şəxs həmin ərazidə saxlanılmayıb, mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Hava limanının rəhbərliyi və gömrük idarəsindən bildirdilər ki, yayılan məlumatlar doğru deyil. Elə bir şəxs Gəncə aeroportunun ərazisində Türkiyəyə gedərkən saxlanılmayıb. Yayılan məlumatlar yalandır”.

Xatırladaq ki, Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamları həbs olunub. Onlardan bəziləri dindiriləndən sonra buraxılsa da, bir neçəsinin barəsində həbs-qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında “GlobusPlaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnterGlass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.