"Beynəlxalq Bank işi” ilə bağlı bir qrup iş adamı həbs edildi

21-05-2015, 21:07           
"Beynəlxalq Bank işi” ilə bağlı bir qrup iş adamı həbs edildi
Bu gün “Beynəlxalq Bank işi” ilə bağlı “Bandotdel”də saxlanılan bir qrup iş adamı haqda Nərimanov məhkəməsində həbs qətimkan tədbiri seçilib

teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə iclası qapalı keçirilib.

Maraqlıdır ki, məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb. Hətta hakim belə prosesdən həmin dəqiqə xəbər tutub.

Məhkəmədən bildirilib ki, Baş Prokurorluğun verdiyi sanksiya əsasında bir neçə iş adamı günün ikinci yarısında məhkəməyə gətirilərək barələrində həbs qətimkan tədbiri seçilib. Proses isə bir neçə dəqiqə davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru