Qırğızıstanda avtobusun qəzaya uğraması nəticəsində beş nəfər ölüb - FOTO

27-01-2024, 16:34           
Qırğızıstanda avtobusun qəzaya uğraması nəticəsində beş nəfər ölüb - FOTO
Qırğızıstanın şimalındakı Çuy vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin nümayəndələri məlumat verib.

Sərnişin mikroavtobusu ilə minivenin toqquşması səhər saatlarında baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb.

“Dörd nəfər hadisə yerində, bir nəfər isə daha sonra xəstəxanada dünyasını dəyişib. 13 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti çox ağırdır”, - deyə rəsmi məlumatda bildirilir.


Mənbə: vesti.kg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru