ABŞ Yəmənə yenidən zərbə endirib

27-01-2024, 10:12           
ABŞ Yəmənə yenidən zərbə endirib
Amerika hərbçiləri Yəməndə “Ənsar Allah” hərəkatının husi üsyançılarının gəmi əleyhinə raketini hədəfə alıblar.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Yanvarın 27-də, Səna vaxtı ilə təxminən saat 03:45-də CENTCOM qüvvələri Qırmızı dənizə doğru yönəlmiş və atəşə hazır olan Husilərin gəmi əleyhinə raketini vurub”, - komandanlığın mətbuat ofisi X hesabında bildirib.

CENTCOM-un məlumatına görə, ABŞ ordusu hədəfin “bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaratdığını” hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru