Beyləqanda qəza nəticəsində dəmir yolu xəttində qatarların hərəkəti dayandırıldı - FOTO

30-01-2024, 12:38           
Beyləqanda qəza nəticəsində dəmir yolu xəttində qatarların hərəkəti dayandırıldı - FOTO
Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, üç nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru