Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib. Bakupost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib. 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artıb və ümumilikdə 570 minə yaxın olub. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın vəsait ödətdirilib.