Krasnodarda Şərq bazarında güclü yanğın - VİDEO

1-02-2024, 09:59           
Krasnodarda Şərq bazarında güclü yanğın - VİDEO
Rusiyanın Krasnodar şəhərində yerləşən Şərq bazarında alış-veriş pavilyonunda güclü yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlər 300 kvadratmetr ərazini əhatə edən yanğını lokallaşdırıblar. Hadisə yerində 57 mütəxəssis və 25 texnika işləyir.
Məlumata görə, ölən və yaralanan yoxdur. İdarədən bildiriblər ki, hazırda yanğınsöndürənlər tərəfindən açıq alov söndürülüb.

Mənbə: aif.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru